"Qəbələ" "İnter" üçün başladı

23:44 9 Avqust 2016

“Qəbələ” Azərbaycan Premyer Liqasının II turunun “İnter”lə oyununun hazırlığına start verib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 8-də keçirilən “Kəpəz”lə I turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” günün ikinci yarısında bir araya gəlib. 
Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini sabah keçirəcək.


Digər xəbərlər

Xəbər xətti