Türkiyə "Rio-2016"da ilk medalını qazandı

17:13 10 Avqust 2016

Türkiyə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.


Sportarena.az xəbər verir ki, kişilərin ağır atletika yarışlarında 69 kiloqram çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub.


İdmançı iki hərəkətin cəmində 351 kiloqram (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kiloqram (162+190) ağırlığın öhdəsindən gələn çinli Jiyonq Şi, bürünc medala isə 339 kiloqram (151+188) göstəriciyə malik qırğızıstanlı İzzat Artıkov sahib olub.


Digər xəbərlər

Xəbər xətti