Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə baş tutmalı olan akademik avarçəkmə yarışları təxirə salınıb.
Sportarena.az "Rio-2016"nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitinin olmasıdır. Yarışlar hava şəraitilə bağlı başqa vaxta keçirilib.
Qeyd edək ki, xəbəri Beynəlxalq Avarçəkmə Federasiyası da təsdiqləyib.