Rövnəq Abdullayev Braziliyada - FOTO

10:14 11 Avqust 2016

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.


Sportarena.az xəbər verir ki, bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.


Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.


Digər xəbərlər

Xəbər xətti