Millimiz 12 qolla qalib gəldi

10:31 11 Avqust 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirinin qrup mərhələsində son oyununu keçirib.


Sportarena.az xəbər verir ki, Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 12:1. Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurub. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqlənib.


İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda üçüncü yeri tutub.


Digər xəbərlər

Xəbər xətti