Türkiyənin "Trabzonspor" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, komanda "Portu"nun futbolçusu Suk Hyun-Junu icarəyə götürüb. Cənubi koreyalı hücumçu yeni mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.
25 yaşlı oyunçunun "Trabzonspor"da illik məvacibi 1 milyon avro olacaq.