"Rio-2016"da qızıl medal qazanan kolumbiyalı ağır atlet Oskar Fiqeroa (62 kq) karyerasını bitirib.
Sportarena.az xəbər verir ki, mötəbər yarışda 318 kiloqramı başı üzərinə qaldıran O.Fiqeroa Olimpiya çempionu olduğunu bildikdən sonra idman ayaqqabısını çıxararaq dizi üstə yerə oturub və ağlamağa başlamışdı.
Bundan sonra, o, açıqlamasında karyerasını başa vurduğunu bildirib.
Qeyd edək ki, Kolumbiyanın dövlət himni səslənərkən də Feqeroa göz yaşlarını saxlaya bilməmişdi.