Elmar Qasımov Olimpiya çempionunu məğlub etdi

17:41 11 Avqust 2016

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.


Sportarena.az xəbər verirki, turnirdə 100 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımovun çıxışı uğurlu olub.


Belə ki, cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov 1/8 final mərhələsinə yüksəlib.


Xatırladaq ki, cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırmışdı.


Digər xəbərlər

Xəbər xətti