17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışını başa vurub.
Sportarena.az xəbər verir ki, futbolçularımız 5-ci yer uğrunda oyunda bu gün Qırğızıstan yığması ilə qarşılaşıb. Xaqani Sadıqov və Kamran Quliyevin vurduğu qollar sayəsində yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.