Cavid Hüseynov: "Bütün Azərbaycan günahsız olduğumu bilir"

13:20 12 Avqust 2016

Hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi bu gün Bakı Appelyasiya Məhkəməsində davam etdirilib.


Sportarena.az xəbər verir ki, proses nəzərdə tutulandan 1 saat 45 dəqiqə sonra başlayıb.


20 dəqiqə davam edən məhkəmə prosesində əvvəlcə Cavid Hüseynovun vəkili Adəm Məmmədov çıxış edib. O, hüquqlarını qoruduğu şəxsin günahsız olduğunu, barəsində qəbul edilən 4 illik həbs cəzasının absurd olduğunu bildirib. Adəm Məmmədov məhkəmədən Cavid Hüseynovun bəraətini xahiş edib.


Daha sonra söz Cavidin yeni vəkili, onun hüquqlarını qoruyan ikinci şəxs İlqar Musayevə verilib. O, Adəm Məmmədovun dedikləri ilə tam razı olduğunu və hüquqlarını qoruduğu şəxsin bəraətini istəyib.


Sonra söz Cavid Hüseynova verilib: “Vəkillərin dedikləri ilə tam razıyam. Mən də məhkəmədən bəraətimi xahiş edirəm. Bütün Azərbaycan günahsız olduğumu bilir”.


Yekunda hakim məhkəmə prosesinin avqustun 19-na təxirə salındığını açıqlayıb.(futbolxeber.az)


Digər xəbərlər

Xəbər xətti