Olimpiya Oyunlarının tarixinə düşən idmançı karyerasını bitirir

15:15 12 Avqust 2016

Olimpiya oyunlarında 22 qızıl medal qazanan amerikalı üzgüçü Maykl Felps Rio-de-Janeyroda keçirilən olimpiadadan sonra karyerasını başa vuracağını deyib.


31 yaşlı idmançı qeyd edib ki, bu gün sonuncu dəfə 200 metr məsafəyə üzüb: “20 il əvvəl üzməyi öyrəndim. Amma bundan sonra yarışa bilməyəcəyimi düşünmək qəribə hisslər oyadır”.


Qeyd edək ki, beş dəfə Olimpiya oyunlarında iştirak edən M.Felps 26 medal qazanıb. Onların 22-si qızıl, 2-si gümüş və 2-si isə bürüncdür. 


Rio-de-Janeyro Olimpiya Oyunlarının altıncı günündə 31 yaşlı üzgüçü 200 metr məsafəyə kompleks üzməkdə qalib gəlməklə 22 dəfə Olimpiya çempionu adına sahib çıxıb. Bununla o, Qədim Yunanıstan atleti Rodoslu Leonidin 2000 illik rekordunu təzələyib.


Digər xəbərlər

Xəbər xətti