Hakan Şükür barədə həbs qərarı verildi

16:17 12 Avqust 2016

Türkiyə millisinin sabiq futbolçusu və keçmiş millət vəkili Hakan Şükür və atası Selmet Şükür barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar ölkədə hərbi çevrilişə cəhd edən FETÖ təşkilatını maliyyələşdirməkdə ittiham olunurlar. Bu səbəbdən məhkəmə ata və oğulun həbsi barədə qərar verib.


“Hürriyyət” qəzetinin yazdığına görə, bundan başqa, məhkəmənin qərarına əsasən, Hakan Şükür və atasının Türkiyədəki bütün var-dövləti - maşınları, bank və digər maliyyə qurumlarındakı hesabları, mülkləri, şirkətlərdəki ortaqlıq payı müsadirə olunub.


Qeyd edək ki, hazırda Hakan Şükür ABŞ-da yaşayır.


Digər xəbərlər

Xəbər xətti