Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları 19-21 avqust tarixlərində baş tutacaq.
Sportarena.az xəbər verir ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yarışlarında Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq.
Proqrama əsasən, avqustun 19-da 57 və 74 kq, 20 avqustda 86 və 125 kq, son yarış günündə isə 65 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.
Güləşçilərimizin Rio-de-Janeyroda keçdikləri təlim-məşq toplanışından fotoları təqdim edirik.