"Rio-2016": Belçikalı cüdoçu həbs olunub

18:58 12 Avqust 2016

Rio-2016”nın bürünc mükafatçısı belçikalı cüdoçu Dirk van Tihelt yenidən xoşagəlməz hadisənin iştirakçısı olub.


Sportarena.az xəbər verir ki, iki gün əvvəl döyülüb, telefonu əlindən alınan 32 yaşlı idmançı həbs edilib. Buna belçikalının Rio-de-Janeyro otellərinin birindəki davranışı səbəb olub. Qarət olunandan sonra telefonunun izinə düşən Dirk otelə daxil olub və bir qadını izlədiyini bildirib. O, telefonunun məhz həmin qadında olduğunu və bu üzdən onu geri qaytaracağını iddia edib.


Otelin əməkdaşı ilə anlaşa bilməyib, dalaşmağa başlayan cüdoçu polis tərəfindən həbs olunub. Bölməyə aparılan belçikalının həmin vaxt içkili olduğu bildirilir.


Qeyd edək ki, van Tihelt Azərbaycan idmançısı Rüstəm Orucovun gümüş medal qazandığı 73 kiloqram çəki dərəcəsində üçüncü olub.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti