17 yaşadək futbolçulardan ibarət komandalar arasında Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turniri başa çatıb.
Sportarena.az xəbər verir ki, turində Azərbaycanın U-17 yığmasında çıxış edən "Xəzər Lənkəran"ın yetirməsi Xəqani Sadıqov 7 qolla "Prezident Kuboku"nun ən yaxşı bombardiri mükafatına layiq görülüb.
Qeyd edək ki, 17 yaşadak futbolçulardan ibarət yığma komandamız turniri 5-ci pillədə başa vurub.