XXXI Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
Sportarena.az xəbər verir ki, 75 kiloqram çəkidə mübarizə Azərbaycan yığmasının üzvü Kamran Şahsuvarlı bu gün növbəti görüşünə çıxıb. Təmsilçimiz 1/8 finalda rusiyalı Artyom Çebotaryovla qarşılaşıb. Təcrübəli boksçumuz Rusiya təmsilçisinə iki raundda (2:1) qalib gəlib.
Qeyd edək ki, boksçumuz 1/4 final mərhələsində qazaxıstanlı boksçu - dünya çempionu Zhanibek Alimxanlı ilə üz-üzə gələcək.