“Zirvə”çi rubrikasında bu dəfə tanıyacağınız istedalı idmançı Aytac Süleymanlıdır.
4 iyun 2004-cü ildə Bakıda anadan olan Aytac, uşaq yaşlarından idmana həvəs göstərib. Onun gimanstikaya gəlişi isə çox maraqlı olub. Uşaq yaşlarında ayağında problem olan Aytac, həkim məsləhəti ilə gimnastikaya yazılıb. Maraqlısı isə odur ki, gənc qızın da məhz gimnastikaya həvəsi olub və gimnast olmağı arzu edirmiş. 6 yaşında gimnastikaya gələn Aytac, çox keçmədən məşqçilərinin sevimli idmançısı olmağı bacarıb.
Aytac 5 ildə gimnastikada çoxlu uğurlar qazanıb. “Zirvə” Beynəlxalq İdman Klubunun daxili yarışlarında dəfələrlə qalib və mükafatçı olub. Bundan başqa, Aytac Respublika yarışlarında da fərqlənib, belə ki, gimnast Respublika birinciliyində 3-cü olmağı bacarıb.
Məşqçi Rəfiqə Əliyeva da Aytacın güclü gimnast olduğunu və ondan böyük uğurlar gözlədiyini bildirib.