Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın velosipedçi Olqa İsmayılova bu gün keyrin növündə çıxış edib. 31 yaşlı idmançı əvvəlcə seçmə mərhələdə mübarizə aparıb.
O, öz yarımqrupunda 7 iştirakçı arasında 4-cü yeri tutub. Bu nəticə ilə İsmayılova təsəlliverici yürüşə vəsiqə qazanıb. Lakin həmin mərhələdə azərbaycanlı velosipedçi 4 iştirakçı arasında sonuncu olub. Nəticədə təcrübəli idmançı ikinci mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, Olqa İsmayılova sabah velosiped idmanının sprint növündə də mübarizə aparacaq.