Türkiyə Superkubokunun sahibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Superkubok oyununda Türkiyənin ən köklü klublarından olan "Qalatasaray" və "Beşiktaş" klubları üz - üzə gələcək. Maraqla gözlənilən matçın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Əlavə vaxtlarda tərəflər hərəyə bir qol vurub və qalib penaltilər seriyasında müəyyənləşib. Burda daha dəqiq oynayan "Qalatasaray" komandası kuboka sahib olub.