Dünyanın aparıcı klublarıInternational Champions Cup”a yekun vurulub.
Turnirin son oyununda “İnter” “Seltik”i 2:0 hesabı ilə məğlub edib. Bununla da turnirdə ilk qələbəsini qazanan “İnter” 3 xalla 7-ci yeri tutub. 3 oyunda cəmi 1 xal toplayan “Seltik” sonuncu olub.
10 komandanın iştirak etdiyi yarışın qalibi 9 xalla PSJ olub. 4 komanda - “Liverpul”, “Çelsi”, “Real” və “Barselona” 3 oyundan hərəyə 6 xal toplayıblar. Lakin topların daha yaxşı fərqinə görə “Liverpul” ikinci, “Çelsi” üçüncü yeri tutub.
Xatırladaq ki, əvvəlki 2 ildə turnirin qalibi “Real” və “Mançester Yunayted” olub.