Felps 23 qat olimpiya çempionu oldu

16:54 14 Avqust 2016

XXXI Yay Olimpiya Oyunlarında çıxış edən amerikalı üzgüçü Maykl Felps turnirin növbəti qızıl medalını qazanaraq 23 qat olimpiya çempionu olub. 


Maykl Felps  dörd 100 metrlik distansiya üzrə (4 x100 m) qarışıq estafetdə birinci olub.


Qeyd edək ki, 23 olimpiya qızıl medalından dördünü o, Rio-de-Janeyroda qazanıb. Bu göstəricinin mütləq rekord olduğu qeyd olunur. 


İlk olimpiya mükafatını o, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunları zamanı qazanıb. Onun aktivində ümumilikdə 27 olimpiya medalı var (23 qızıl, 2 gümüş və 2 bürünc). 


O, Oyunlarda qazanılan ümumi, eləcə də qızıl medallar üzrə mütləq çempiondur


Digər xəbərlər

Xəbər xətti