“Bavariya”nın müdafiəçisi Jerom Boatenq Almaniyada ilin ən yaxşı futbolçusu seçilib.
27 yaşlı futbolçu idman jurnalistləri arasında keçirilən sorğuda qalib gəlib. Boatenq 674 mümkün səsdən 163-nü toplamaqla birinci olub.
Onun komanda yoldaşları - Tomas Müller 95 səslə ikinci, Robert Levandovski isə 90 səslə üçüncü yeri tutub.