Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Liqasının seçmə mərhələsində üçüncü oyununu keçirib.
Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Macarıstan yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Sabir Allahquliyev, Renat Sultanov və Asəf Zeynalov vurub.
Qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran millimiz qrup birincisi kimi Super Liqa mərhələsinə vəsiqə qazanıb.