Yay Olimpiya Oyunlarında güləş yarışları start götürüb. 75 kq çəki dərəcəsində ilk mərhələdə misirli idmançı Mahmud Səbini məğlub edən Elvin Mürsəliyev 1/8 finalda qazaxstanlı Dosşan Kartikovdan üstün olub. Amma yarımfinala adlamaq uğrunda mübarizədə idmançımız macarıstanlı Peter Baçıyə məğlub olub.
59 kq-da qızıl medal ümidiz Rövşən Bayramov isə yarımfinalda büdrəyib. 1/8 finalda Venesuela idmançısı Rayber Rodriqes Orozsonu məğlub edən Bayramov sonrakı mərhələdə ABŞ idmançısı David Tilkeni böyük hesabla məğlub edib. Amma finalın bir addımlığında azərbaycanlı güləşçi yaponiyalı Ota Şinobu ilə qarşılaşıb. Təssüf ki, bu görüşdə Yaponiya idmançısı təmiz qələbə ilə Bayramovun qızıl ümidlərinin üzərindən xətt çəkib.
Qeyd edək ki, Rövşən Bayramov bürünc medal uğrunda Stig-Andre Berge ilə mübarizə aparacaq.