Dunən Almaniya Superkubokunun həlledici görüşündə "Borussiya" ilə matçda "Bavariya"nın futbolçusu Arturo Vidal zədələnib.
Sportarena.az xəbər verir ki, zədələnərək oyunu davam etdirə bilməyən futbolçu 71-ci dəqiqədə məcburi əvəzlənib.
Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Borussiya" - "Bavariya" görüşü Münhen klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.