Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün kayak və kanoe yarışlarına start verilib.
Sportarena.az xəbər verir ki, ölkəmizi kayak yarışlarında təmsil edən olimpiya və dünya çempionu İnnan Osipenko-Radomskaya təsnifat görüşünə çıxıb.O, 200 metr məsafəyə seçmə yarışlarında mübarizə aparıb.
Məsafəni 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci olaraq yarımfinala yüksəlib.
Kayakçımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. Belə ki, o, finala vəsiqə uğrunda argentinalı Sabrina Ameghino, Viktoriya Şvarz (Avstriya), Macarıstan təmsilçisi Nataşa Douçev-Yaniç, fransalı Sara Quyot, slovakiyalı Spela Ponomarenko Yaniç, çinlu Yu Jou və Danimarka idmançısı Henriette Hansenə qarşı yarışacaq.