"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, komandanı Dik Advokaat çalışdıracaq. Artıq tərəflər arasında anlaşmanın əldə olunduğu bildirilir.
Vitor Pereyra ilə yollarını ayıran "Fənərbaxça" rəhbərliyi Avropa Liqasının "Qrasşoppers"lə matçına yeni baş məşqçi ilə çıxmaq istəyir. Bu səbəbdən də danışıqlar prosesi maksimum sürətlə aparılır.
Qeyd edək ki, hazırda "Den Haaq" klubunda məsləhətçi işləyən 68 yaşlı holland mütəxəssis vətənində "Haarlem", SVV, "Dordrext", PSV, "Alkmaar", Şotlandiyada "Reyncers", Almaniyada "Borussiya" (Münhenqladbax), Rusiyada "Zenit" klublarını, Hollandiya, BƏƏ, Cənubi Koreya, Belçika və Rusiya millilərini çalışdırıb. Məşqçi karyerası ərzində 15 kubok qazanan Dik Advokaat Hollandiya, Şotlandiya və Rusiyada çempionluqlar yaşayıb, kuboklara sahib çıxıb. O, "Zenit"lə Avropa Liqasının və UEFA Super Kubokunun qalibi olub