"Atletiko"nun futbolçusu Antuan Qrizman Fransada ən çox sevilənlərin reytinqində, idmançılar arasında 1-ci olub.
Sportarena.az xəbər verir ki, o, ümumilikdə 6-cı yerdə qərarlaşıb. Sorğunu "Journal du Dimanche" keçirib. Buna əsasən Fransanın 50-i tanınmış şəxsi müəyyənləşib.
Xatırladaq ki, Qrizman Avropa çempionatında 6 qol vurmaqla bombardir olmuşdu.