“Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.
Əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu - dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib. Döyüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn K.Şahsuvarlı yarımfinal mərhələsinə adlamaqla ən azı bürünc medalı təmin edib.
Xatırladaq ki, boksçumuz növbəti mərhələdə dünya çempionu, kubalı Arlen Lopes ilə döyüşəcək. Qarşılaşma avqustun 18-də saat 22:00-da başlayacaq.