Saman Təhmasibi uduzdu, Sabah Şəriəti bürünc medal uğrunda mübarizə aparacaq

00:27 16 Avqust 2016

"Rio-2016" Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda idmançılarımız Saman Təhmasibi və Sabah Şəriəti təsəlliverici görüşə qatılmaq imkanı qazanıblar.


Sportarena.az xəbər verir ki, Saman Təhmasibi təsəlliverici görüşdə iranlı Comeh Habibullah Axlaqhiyə məğlub olaraq olimpiadada mübarizəni dayandırıb.

Sabah Şəriəti isə Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda görüşdə Almaniya idmançısı Eduard Popp ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti