XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.
Sportarena.az xəbər verir ki, 1/4 final mərhələsində türkiyəli Rza Kayaalpa məğlub olan güləşçimiz, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılıb. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti "Rio-2016"nın bürünc medalına sahib olub və Azərbaycana üçüncü medalı qazandırıb.