"Xəzər Lənkəran" klubunun keçmiş futbolçusu Orxan Səfiyaroğlu karyerasını Türkiyədə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu ölkənin Bal Liqasında mübarizə aparan "İsparta Darvazspor"la razılığa gəlib. Futbolçu Türkiyə klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Orxan Səfiyaroğlu son mövsümü "Xəzər Lənkəran"ın heyətində keçirmişdi.