Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən avqustun 16-da yalnız Rəsul Çunayev güləşib.
Azərbaycanın əsas medal ümidlərindən sayılan idmançımız 1/16 finalda Migel Palasio Martinezlə (Kuba) qarşılaşıb. Çunayev rəqibinə 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Onun növbəti rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub. Bu dəfə rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.
Rəsulun 1/4 finaldakı rəqibi Əlcəzair idmançısı Tarek Əziz Benaissa olub və 10:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Ermənistan idmançısı Miqran Arutunyan olub.
Bu qarşılaşmada o, 1:4 hesabı ilə uduzub. R.Çunayev bürünc medal uğrunda yarışacaq.