İlham Zəkiyev: "Rio-2016"ya medal ümidi ilə yollanacağıq"

00:29 17 Avqust 2016

"Rio-2016"da iştirak edən idmançılarımızın çıxışlarından xəbərdaram. Artıq 3 medalımız var. Ancaq qızıl medal gözləyirik".


Sportarena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, Paralimpiya Oyunlarının qızıl medalçısı İlham Zəkiyev deyib.


İ.Zəkiyev 66 kq çəkidə bu gün döşək üzərinə çıxacaq yunan-Roma güləşçisi Rəsul Çunayevdən medal gözlədiyini bildirib: "Rəsul favorit idmançılarımızdandır və ondan qızıl medal gözləyirik. Boksçularımızdan yaxşı çıxış edənləri var. Kamran Şahsuvarlı hamımızı yaxşı mənada təəccübləndirdi. Ona halal olsun, yaxşı döyüşdü. Lorenzo Sotomayordan da medal gözləyirəm. Ötən olimpiadada da güləşçilərimiz bizi sevindirdi. Sərbəst güləşdə medal ümidlərimiz var. Düşünürəm ki, hələ pis deyil".


Paralimpiyaçı Rio-de-Janeyroya medal ümidi ilə yollanacaqlarını da söyləyib: "Sentyabrın 2-də yola düşürük. Yarışda 6 oğlan və bir qız cüdoçu mübarizə aparacaq. Medal ümidlərimiz var. Göygöldə təlim-məşq toplanışından qayıtmışıq. Ramin İbrahimov, Bayram Musatafayev və digər idmançılarımızdan medla gözləyirəm".


Qeyd edək ki, paralimpiya yarışları 7-18 sentyabrda olacaq.


Digər xəbərlər

Xəbər xətti