23 qat Olimpiya çempionu karyerasını başa vurdu

14:43 17 Avqust 2016

ABŞ üzgüçüsü Maykl Felps peşəkar idmançı karyerasını başa vurub.


Bu barədə 31 yaşlı atlet özü məlumat verib.


O, bundan sonra vaxtını ailəsinə ayırmaq və qolfla məşğul olmaq istədiyini bildirib.


Qeyd edək ki, M.Felps Rio-2016 Olimpiya Oyunlarında 5 qızıl və 1 gümüş medal qazanıb. M. Felps karyerası ərzində Olimpiadalarda 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti