Taekvondoçumuzun debütü uğursuz alındı

18:39 17 Avqust 2016

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə - avqustun 17-də qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarovanın dayanq üzərində ilk çıxışı uğursuz olub.


Sportarena.az xəbər verir ki, turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova səkkizdəbir finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşıb. Döyüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan P.Abakarovanın sonrakı çıxışları rəqibinin finala çıxmasından asılı olacaq. Belə olduqda taekvondoçumuz təsəlliverici görüşlərə çıxacaq. (Azərtac)


Digər xəbərlər

Xəbər xətti