Əlcəzair millisinin üzvü Riyad Mahrezin son İngiltərə çempionu "Lester”dən ayrılmayacağı dəqiqləşib.
Adı bir çox klublarla hallanan 25 yaşlı futbolçu "tülkülər”lə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytının məlumatına görə, Mahrez bu gün yeni sözləşməyə imza atıb. O, 2020-ci ilə qədər komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Mahrez 2014-cü ildən "Lester”də çıxış edir.