İspaniyanın “Valensiya” klubunun portuqaliyalı futbolçusu Luis Nani ötən mövsüm “Fənərbağça”ya zorla transfer olunduğunu deyib.
Portuqaliyalı futbolçu bu barədə “Guardian”a müsahibəsində deyib.
O, bildirib ki, Türkiyədə xəyal qırıqlığına uğradım: “Sabiq komandam “Mançester Yunayted”də gözəl günlər keçirirdim. Ancaq, sonra klubumun təzyiqi ilə “Fənərbağça”ya transfer olundum. Hər yeni kluba keçid edəndə insanların yardım edəcəyini umarsınız. Amma “Fənərbağça”da belə olmadı. Stress olan yerdə heç bir uğurdan söhbət gedə bilməz. Türkiyədə xəyal qırıqlığı yaşadım və “Valensiya”ya transfer olundum”.
Nani Türkiyədə oynadığından peşman olduğunu etiraf edib.
Qeyd edək ki, ötən mövsümün əvvəlində “Fənərbağça”ya transfer olunan Luis Nani hazırda İspaniyanın “Valensiya” klubunun şərəfini qoruyur.