Taekvondoçumuz 1/4 finalda

21:14 19 Avqust 2016

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə - avqustun 19-da taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, dünya kubokunun sahibi, “Bakı-2015”in qalibi və son Avropa çempionu Milad Beigi Harçeqaninin dayanq üzərində ilk çıxışı uğurlu olub.


Sportarena.az xəbər verir ki, turnirdə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Milad Beigi Harçeqani səkkizdəbir final mərhələsindəki ilk görüşündə Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb. 


Son iki dünya çempionatının mükafatçısı olan afrikalı idmançı ilə döyüşdə rəqibini 13:6 hesabı ilə məğlub edən təmsilçimiz dörddəbir final mərhələsinə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti