Fəridə Əzizova yarımfinalda

00:02 20 Avqust 2016

Avqustun 19-da XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında digər təmsilçimiz - birinci Avropa Oyunlarının gümüş, dünya çempionatlarının bürünc medalçısı Fəridə Əzizova dayanq üzərinə çıxıb.


Sportarena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində qadınların mübarizəsində yarışan taekvondoçumuz Fəridə Əzizova 1/4 finalda Asiya çempionatının mükafatçısı özbəkistanlı Niqora Tursunqulova ilə qarşılaşıb. Görüşdə 5:1 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanıb. 

Xatıradaq ki, yarımfinal qarşılaşması saat 00:30-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti