Lorenzo Sotomayor: "Azərbaycana qızıl medal söz vermişəm"

10:16 20 Avqust 2016

Azərbaycan üçün qızıl medal qazanacağam.


Sportarena.az xəbər verir ki, bu sözləri boks yarışlarında “Rio-2016”nın finalına yüksələn Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.


Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla keçirdiyi görüşü şərh edən Lorenzo Sotomayor döyüşü yüksək səviyyədə keçirərək qələbə qazandığını bildirib. O, Azərbaycana olimpiya çempionluğu söz verdiyini xatırladaraq deyib: “Mən Azərbaycana qızıl medal söz vermişəm. Bu gün qollarım qüvvətli, özüm hazırlıqlı idim. Əmin idim ki, qələbə qazanacağam. Finalda fiziki hazırlığım, qollarım, endirəcəyim zərbələr bundan da güclü olacaq. Çünki mən özümü qələbəyə hazır hiss edirəm. Bu gün döyüşü yaxşı keçirərək qələbə qazandım. Finalda da özbək rəqibim üzərində qələbə qazanaraq, qızıl medal əldə edəcəyəm. İnanıram ki, çempion olacağam. Əsas odur ki, döyüşündə ürəyin olsun, o ürəkdə məndə var. Azərbaycan artıq mənim evim, vətənimdir. Mən Azərbaycan üçün qızıl medal qazanacağam”.


Qeyd edək ki, Lorenzo Sotomayor Olimpiya Oyunlarında idmanın boks növündə indiyədək finala çıxan ilk Azərbaycan idmançısı kimi ölkəmizin boks tarixində yeni səhifə açıb.


Digər xəbərlər

Xəbər xətti