Rio-2016: gimnastımız finalda

13:58 20 Avqust 2016

Rio-2016-da bədii gimnastika yarışlarına start verilib. 

Ölkəmizi təmsil edən  Marina Durunda  çoxnövçülük yarışında mübarizə aparıb.

Avropa Oyunlarının gümüş medalçısı  təsnifat mərhələsində finala vəsiqə qazanıb.
 
Həlqə ilə hərəkətlərdə 7,466 xal qazanan gimnasıtımız  topla hərəkətlərdə də hakimlərdən eyni xalı alıb.

Gürzlə hərəkətlərdə  o, 17.683 xal toplayıb. Lentlə daha yaxşı çıxış edən Durunda bu dəfə  17.733 xal toplayıb.
 
Ümumilikdə 70.348 xal toplayan təmsilçimiz 8-ci sırada qərarlaşaraq finala yüksəlib.
 
Qeyd edək ki, final mərhələsi bu gün keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti