Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına uğurla başlayıb.
Sportarena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 final mərhələsində ilk görüşünü Çin idmançısı Bi Şenqfenqə qarşı keçirib. Rəqibini məğlub edən Şərif Şərifov 1/4 finala yüksəlib.
Güləşçimiz 1/4 finalda Polşa idmançısı Zbiqnev Mateus Baranovskiyə qalib gələrək yarımfinala yüksəlib
Şərifov yarımfinalda Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə qarşılaşacaq.