Milad Beigi Hərçəqani: "Azərbaycan məni qəbul etsə..."

00:42 21 Avqust 2016

Azərbaycan taekvondo yığmasının üzvü Milad Beigi Hərçəqani avqustun 19-da Rio de Janeyroda Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışda Polşa idmançısı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək komandamıza növbəti olimpiya medal qazandırdı. 


Sportarena.az xəbər verir ki, görüşdən sonra “İdman” qəzetinə müsahibə verən idmançımız aşağıdakıları deyib:


-Medal qazandığım üçün şadam. İstərdim qızıl medal qazanım. Fiziki cəhətdən hazır idim. Yəqin, təcrübəm az oldu, səhvə yol verdim. Tam isinməmiş döyüşə başladım. Bəlkə də, qızıl medal mənim qismətim deyilmiş. 

-Dörddəbir finalda qalib gəldiyin həmyerlin - İranlı idmançı ilə əvvəllər qarşılaşmışdınmı?

-Bəli iki dəfə qarşılaşmışdım. Birində mən udmuşdum, digərində isə o. Bu üçüncü döyüşümüz idi.

-Yəqin ki, bundan sonra da ölkəmizin şərəfini qorumağa davam etdirəcəksən.

-Əlbəttə, Azərbaycan məni qəbul etsə niyə də olmasın. Mən artıq Azərbaycan idmançısıyam və məmnuniyyətlə karyeramı Azərbaycan bayrağı altında davam etdirəcəyəm. 


Digər xəbərlər

Xəbər xətti