Türkiyə Olimpiya Oyunlarında ilk qızıl medalını qazandı

10:02 21 Avqust 2016

Türkiyə güləşçisi Taha Akgül “Rio-2016” da Türkiyəyə ilk qızıl medalını qazanıb.


Sportarena.az xəbər verir ki, sərbəst güləş yarışlarında 125 kiloqram çəki dərəcəsində çıxış edən son iki ilin dünya çempionu Taha Akgül final qarşılaşmasında son Olimpiya Oyunlarının bürünc mükafatçısı olan iranlı idmançıya qalib gəlib.


Xatırladaq ki, Türkiyə idmançıları Braziliya Olimpiadasında ümumilikdə 8 medal qazanıblar. Medalların 5-i güləşçilərin payına düşür.


Digər xəbərlər

Xəbər xətti