Şərif Şərifov bürünc medal qazandı

10:45 21 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 


Sportarena.az xəbər verir ki, güləş yarışlarının yeddinci günündə 86 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. 


86 kq çəki dərəcəsində yarışlara qatılan Olimpiya çempionu Şərif Şərifov ardıcıl olaraq Çin təmsilçisi Şengfeng Bi və Polşa təmsilçisi Zbignev Baranovski üzərində tam üstünlüklə qələbə qazanıb. Yarımfinalda son Rusiyadan dünya çempionu Abdulraşid Sadullayevlə qarşılaşan güləşçimiz məğlub olub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Venesuela idmançısı Pedro Fuentesi də məğlub edən Şərif Şərifov Rio Olimpiadasının bürünc medalını qazanıb. 


Digər xəbərlər

Xəbər xətti