"Rio-2016" Olimpiya Oyunlarında futbol yarışlarının finalında Braziliya və Almaniya komandaları qarşılaşıblar.
Sportarena.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş 30 dəqiqədə də qapılara qol vurulmayıb. Qalib penalti seriyası ilə müəyyən olunub. Belə ki, penalti zərbələrini daha dəqiq yerinə yetirən Braziliya millisi Olimpiya "qızıl"ını qazanıb(5:4).
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Honduras komandasını 3:2 hesabı ilə məğlub edib.