Rioda təşkil olunan Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsi baş tutub.
Sportarena.az xəbər verir ki, Azərbaycan gimnastı, Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda Olimpiadada fərdi çoxnövçülük üzrə final yarışlarında medallar uğrunda mübarizə aparıb. Onun rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina və Melitina Staniouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqarıstanlı Nevyana Vladinova olub.
Qaliblər top, gürz, lent və həlqələrlə hərəkətlərin yekununa əsasən müəyyənləşib. Bu hərəkətlərin cəmində 69.748 xal toplayan Durunda 10 iştirakçı arasında 9-cu yeri tutub.