Türkiyənin "Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz milli komandamızın formasını geyinəcək.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçu "Anadolu Ajans"a açıqlamasında bildirib.
Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında forma geyinmiş 28 yaşlı hücumçu AFFA-dan aldığı təklifi qəbul edib.
Qeyd edək ki, 28 yaşlı Dəniz Yılmaz "Ulm" klubunun yetirməsidi. Dəniz 2005-11-ci illərdə "Bavariya"nın II komandasının formasını geyinib. O, "Bavariya"nın əsas heyətində 9 oyun keçirib. Forvard daha sonra "Maynts”, "Paderbörn”, "Elazığspor” və "Trabzonspor” kimi komandalarda top qovub. Dəniz Yılmaz 2016-cı ildən "Bursaspor" klubunun şərəfini qoruyur.
Əlavə edək ki, "Bursaspor"a ötən mövsümün ikinci yarısında qoşulan Dəniz Yılmaz 13 oyuna 6 qol vurub.