Portuqaliya Sequnda liqasında III turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun çıxış etdiyi "Sportinq B" növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Fafe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
İlk iki turda meydana çıxmayan Budaq nəhayət ki, bu oyunun 82-ci dəqiqəsində meydana çıxıb.